65feb2a7de687202403244455
Moskvada hücumda iştirak edən Məhəmmədsobir kimdir? - (18+FOTO)

Rusiyanın paytaxtı Moskvada yerləşən "Crocus City Hall"da konsert zamanı baş verən terrorla bağlı yeni detallar məlum olub

Terror baş verən ərazidə "Renalut"markalı avtombil aşkarlanıb.

Terrorçuların həmin  avtomobillə  ala hücum etdiyi güman edilir.

REN TV kanalı terrorçular olduğu güman edilən Renault markalı avtomobilin vurulduğu yerdən görüntülər əldə edib.

Görüntülərdə terrorçunun   yaralı halda  yerdə uzandığı   əks  olunub.

O, 2004-cü il təvəllüdlü Fayzov Məhəmmədsobir Zokirçonoviçdir.

Təqib nəticəsində terrorçu olduğu iddia edilən şəxsin gözü zədələnib. İndi o, əməliyyat olunur, ondan sonra dindiriləcək.

(oxu24.com) 

 

23.03.2024 14:43
433