Molla Nəsrəddin Əmir Teymurla necə məzələnmişdi?

Molla Nəsrəddin Əmir Teymurla necə məzələnmişdi?
Belə rəvayət edirlər ki, Əmir Teymur Azərbaycanı işğal edəndə eşidir ki, burada Molla Nəsrəddin adlı bir müdrik və baməzə adam var.
Teymur əmr edir onu yanına gətirsinlər. Molla Nəsrəddini Teymurun yanına gətirirlər.
Qlobal.net xatırladır ki, Molla Nəsrəddin içəri girəndə görür ki, hamı oturub yerdə yemək yeyir, amma Teymur lap yuxarıda kürsüdə əyləşib yemək yeyir.
Molla Nəsrəddin Teymura baxıb deyir: “Sənə qurban olum, ay Allah”.
Teymur təəccüblə deyir: “Ay kişi, mən Allah deyiləm”.
Molla Nəsrəddin deyir: “Bağışlayın ya cənab Cəbrail, sizi tanımadım”.
Teymur deyir: “Mən səni ağıllı adam bilirdim, mən mələk deyiləm, görmürsən insanam?”.
Molla Nəsrəddin deyir: “Üzr istəyirəm, ey Allahın Rəsulu, Allahın salamı olsun sizə”.
Teymur qəzəblənib deyir: “Sən lap dəlisən ki, mən peyğəmbər də deyiləm, Əmir Teymuram”.
Molla Nəsrəddin deyir: “Nə Allah deyilsən, nə mələk deyilsən, nə də ki, Allahın elçisi deyilsən. O zaman nə özüvü yuxarı qoymusan? Düş otur hamı kimi bir yerdə yemək ye də…”
Murad
Qlobal.net