İngiltərəli model Cazz Egger özünə yönələn əxlaqsız təklifi sosial mediada ifşa edib.
Qlobal.net xəbər verir ki, 20 yaşlı modelə tanınmış model agentliklərindən biri bu mesajı göndərib: “Otellərdən birində yaraşıqlı iranlı aktyorla bir gecə keçir. Sadəcə bir neçə saat söhbət, yemək, içki və... yaxınlıq. Gözəl geyin, hündürdaban geyin. Əvəzində 2000 dollar qazanacaqsan.”
Cazz isə bu təklifi qəti şəkildə rədd edib və sərt cavab verib: “Mən modeləm, fahişə deyiləm.”
Egger bu rüsvayçı mesajı sosial şəbəkələrdə paylaşaraq agentliyi ifşa edib və bu cür halların sənayədə nə qədər yayğın olduğuna diqqət çəkib.