6476e2f254e76202305230226
Model və aparıcı olan Razi Əliyevanı sevgilisi döydü - FOTO/VİDEO

Model və aparıcı kimi tanınan Razi Əliyeva, özünün döyülmüş halda fotosunu instagramda paylaşıb “polisazərbaycan” səhifəsini işarələyək şikayətçi olduğunu bildirib.

O, Ziya adlı şəxslə əvvəllər sevgili olub , daha sonra isə bu şəxsin evli olduğundan xəbər tutduqda ondan ayrılmaq qərarına gəlib.

Bundan sonra həmin şəxs onun həyatını cəhənnəmə çevirib.

O, Razi Əliyevanı evdə günlərlə saxlayıb , işgəncə verib,təhqirlərə məruz qoyub. Evdən qaçmağı bacaran model, anasının yanına gedib. Daha sonra həmin şəxs Razinin anasına və özünə yazaraq barışmaq niyyətində olduğunu və onunla evlənmək istədiyini bildirib.

Etdiyi bu təklifə imtina alan şəxs daha da qəzəblənərək təhqir dolu mesajlar yazıb , Razinin anası yaşadığı evə gələrək qapını sındırmağa cəhd edib.

31.05.2023 10:06
show 622