647847fddff2a202306232549
Model sevgilisini döyən Ziya Hüseynzadə cəzalandırıldı

"Miss Azərbaycan-2017"nın qalibi, model Razi Əliyevanı döyən Ziya Hüseynzadə işdən çıxarılıb.

Qlobal.net Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə bloqer Aysel Şükür paylaşım edib.

Paylaşımda bildirilir ki, "Softline İnternational" MMC və "Softline Trade" MMC-nin direktoru Ziya Hüseynzadə təsisçilərin etimadını itirdiyi üçün onunla əmək müqaviləsinin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd olunub ki, hazırda Ziya Hüseynzadənin "Softline İnternational" MMC və "Softline Trade" MMC-nin adından çıxış etməyə heç bir səlahiyyəti yoxdur.

Hazırda Z.Hüseynzadə barəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsinə uyğun olaraq, onun əməllərinə qiymət veriləcək və barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.


01.06.2023 11:24
show 601