Şou-biznes

Model onu kremləyəcək kişi axtarır – 25 min maaş verəcək

Avstraliyalı model Alicia Davis mütəmadi olaraq ona günəş kremi sürəcək işçi axtardığını elan edib.

Qlobal.net xarici mediaya istinadla xəbər verir ki, o, işə götürəcəyi şəxsə 3 aylıq 14 700 funt sterlinq (təxminən 25 000 AZN) maaş verəcək.

Model bu barədə instaqram hesabında paylaşım edib.

İşçi kriteriyaları arasında iki xüsusi qeyd var.

Birinci qeyd işə girmək istəyən şəxsin əyləncəli olması, ikincisi isə gizliliyə sadiq qalmasıdır. Həmin şəxs hündürboy, görünüşcə yaraşıqlı, qüvvətli bir kişi olmalıdır.

Model günün böyük hissəsini günəş altında keçirdiyi üçün ona krem sürən bir insana ehtiyacı olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button