Kokos yağının faydaları

Möcüzəvi yağ: Faydaları bitmir

Sağlamlıq üçün çox faydalı olan kokos yağını evdə saç kremi, makiyaj təmizləyicisi, göz altı kremi və dodaq nəmləndiricisi kimi də istifadə edə bilərsiniz. 

 

Qlobal.net bildirir ki, kokos yağı xam, yetişmiş kokosdan əldə edilən yeməli yağdır. Tərkibində zəngin olduğu üçün müxtəlif sahələrdə istifadəyə uyğun olan kokos yağı həm də antibakterialdır. Kokos yağını həm yeməklərdə və desertlərdə istifadə edə bilərsiniz, həm də təbii kosmetik məhsul kimi.

 

Kokos yağının faydaları nələrdir?

 

- Hormonları balanslaşdırır. 

- Saçları daha sağlam və parlaq edir. 

- Həzm sistemini tənzimləyir. 

- Selülitləri azaldır. 

- Qalxanabənzər vəzi və revmatik xəstəliklərə xeyirlidir. 

- Qırışları və yaş ləkələrini azaldır. 

-Xolesterolu balanslaşdırır. 

- Qan şəkərini balanslaşdırır. 

- Yağ yandırır. 

- Enerji artırır.

 

 

Kokos yağından necə istifadə etmək olar?

 

Saç Maskası: Saçlarınızı şampunla yuduqdan sonra nəm saçlara bir qədər çəkin və beş dəqiqə gözlədin. Sonra yuyun. Saçlara tətbiq olunan kokos yağı saçları nəmləndirir və daha parlaq görünüş təmin edir.

 

Dodaq nəmləndiricisi: Xüsusilə qış aylarında quru və çatlamış dodaqlar üçün təsirli bir həll olan kokos yağı, çatlamış dodaqları təbii şəkildə müalicə edir.

 

Günəş kremi: Kokos yağı həmçinin təbii günəş kremidir. Günəş yanığından əziyyət çəkən bölgələrinizə tətbiq etdiyiniz zaman ağrıları aradan qaldırır və dərinizin sağalmasını sürətləndirir.

 

Göz altı kremi: Kokos yağı göz altındakı incə xəttlər, şişliklər və qara dairələr üçün təbii müalicə həllidir. Göz altına bir az kokos yağı çəkilsə, dərini təravətləndirir.

 

Makiyaj təmizləyicisi: Az miqdarda kokos yağı göz makiyajını mayeləşdirir, onun çıxarılmasını asanlaşdırır. Üst və alt göz qapaqlarınıza dairəvi hərəkətlərlə tətbiq edilən kokos yağı makiyajı asanlıqla təmizləyir.

 

Səbinə

Qlobal.net

28.02.2025 16:55
show 63