646722c0f3c35202305231824
Mirşahinə şər atdılar - Cavabı çox sərt oldu:“İmkan verin, analarınızın, bacılarınızın...”

Əməkdar jurnalist MirŞahin Ağayevin adından saxta paylaşım edən şəxslərə jurnalist sərt cavab verib.

“Əslində fikir verməməliydim. Düşünürdüm ki, adımdan yayılan ”paylaşım”ın saxta olduğunu yalnız avam və əbləhlər qanmaz. Amma özünü ciddi sayan bəzi düşük-dəmdəməkilər də Məhəmmədəli Mirzə adlı sosial tör-töküntüyə məxsus resurslarda yayılan bir yalanı tirajlayıb və məni məqsədli şəkildə təhqir hədəfinə çeviriblər”.

Qlobal.net xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev sosial şəbəkədə yazıb.

Jurnalist onun adından yazılan “Prezidentdən xahiş etdim ki, sosial şəbəkələr dərhal qapadılsın. Bir söz deyən kimi söyülürük. Ən çox söyülən mənəm” sözlərin yalan olduğunu bildirib. 

“Baxmayaraq ki, insan nə qədər əyyaş və sarsaq olsa da, beyin nə qədər peyin olsa da adımdan yazılan o sözlərin mənə məxsus olmadığını anlamağa, guya “sosial şəbəkələri bağlatmaq üçün” müraciət etməyim barədə yayılanların iftira olduğunu başa düşməyə yarayar! 

Üzü mənə sarı tüpürənlər, duşunuz mübarək! Həmişə “təmizlikdə”!-deyib keçirəm bu dəfə də! Amma vallah! sadəcə murdarçılıq edirsiniz! Yazıçılıq deyil sizinki, yazıqçılıqdı! Vay halınıza! Plintus səviyyəsidi bu, dabanaltılıqdı etdiyiniz! Vaxtımı almayın, imkan verin, Vətənimizi, Dövlətimizi, həm də Sizin analarınızın, bacılarınızın, qızlarınızın namusunu, ismətini, adını-babalarınızın, atalarınızın şərəfini, ləyaqətini, gorlarını qoruyaq!”.

19.05.2023 11:17
show 4704