Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

“Qafqazinfo”nun xəbərinə görə, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. 

O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Fotoda: Emin Əfəndi

1090796 Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı


Related Articles

Bir cavab yazın

Back to top button