Mircəfər Bağırova sui-qəsddə ittiham edilən, Sibirə sürgün edilən xalq artistimiz

Mircəfər Bağırova sui-qəsddə ittiham edilən, Sibirə sürgün edilən xalq artisti Ələkbər Seyfi
Qlobal.net xatırladır ki, ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunmuş və fars dilində tədris olunan “İttifaq” məktəbinə verilmişdir. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olmuşdur. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gəlmiş Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş Şəmsəddin Saminin “Dəmirçi Gavə” tamaşasında Bəhram rolunda çıxmışdır.
1937-ci ildə Mir Cəfər Bağırovun da iştirak edəcəyi KP-nın iclası bu binada keçirilməli idi. Amma Ələkbər Seyfini binanı partladaraq Bağırova sui-qəsddə ittiham edirlər. Guya, aktyor çaxır anbarının binası rekonstruksiya olunanda bünövrəyə bomba qoyubmuş. Elə bu minvalla aktyor uzaq Sibirə sürgün edildi. Onun bu sürgün həyatı çətin olsa da taleyin bu qisməti ilə istəsə də istəməsə də barışmalı idi. Çünki 37-ci ilin represiya küləyindən çətinki canını qurtaran olaydı. O, bu ağrılı-acılı günləri 19 il yaşadı. 19 il bir insan taleyi, bir insan qisməti idi. 1956-cı ildə Ələkbər Seyfi uzaq Sibirdən sürgündən geri dönəndə Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi onu böyük coşqu ilə dəmiryolu vaqzalında qarşıladı. Öz təmkinini pozmadan elə vaqzaldaca kollektivə verdiyi ilk sual da bu oldu. “Mən qoyduğum bomba partlayıbmı?” Ancaq düz 1937-ci ildən bu günə kimi 80 ildir ki, yaradıcı kollektivlə birgə elə Ələkbər Seyfinin narahat ruhu da bombanın hələ də partlamasını gözləyir. 1956-cı ildə uzaq Sibirdən qayıdan Ələkbər Seyfi sürgün günləri haqqında öz xatırələrində yazırdı: “Uzaq Sibirə sürgün olunmağımın bircə xoşbəxtliyi vardı. Böyük Hüseyn Cavid mənimlə eyni kamerada yatırdı. O əvəzsiz şəxsiyyət, böyük düha mənim qollarım arasında gözlərini əbədiyyətə yumdu”. Sürgündən gələn kimi böyük Hüseyn Cavidin uzaq Sibirdəki məzarının ilk kordinatlarını da o zamanlar Milli Təhlükəsizlik İdarəsinə təqdim edən də məhz Ələkbər Seyfi olubdur.
Ələkbər Seyfi 1960-cı illərdə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi “Səhər”, “Qanun naminə”, “Mən ki gözəl deyildim” filmlərinə çəkilib, “Uşaqlığın son gecəsi” filmində yaratdığı İsmayıl obrazı ilə daha çox yaddaşlarda qalıb.