Real Təhlil İnformasiya Mərkəzinin (REAL TV) direktoru Mir Şahin Ağayev sosial şəbəkə hesabında bu gün dünyasını dəyişən tanınmış yazıçı Çingiz Hüseynovla bağlı "Çingiz Hüseynovdan... Məmişədək" başlıqlı yazı dərc edib. O,
yazıda mərhum yazıçı ilə bağlı sərt fikirlər səsləndirib, "Fətəli
fəthi" əsəri istisna olmaqla Azərbaycan üçün heç bir ciddi iş
görmədiyini bildirib. Qlobal.net Mir Şahinin həmin yazısını təqdim edir:
ÇİNGİZ HÜSEYNOVDAN……MƏMİŞƏDƏK … İdeallaşdırırıq.… Şişirdirik.… Özünü yox, onda yaratdığımız obrazı sevirik. Çingiz Hüseynov vəfat edib. Yaşı 95-i haqlamış bir yazıçı ölüb. Azərbaycan yazıçısı. Amma əsil yox, əslən Azərbaycan yazıçısı… Nə
vaxtsa bəlkə də böyük yazıçımız olmuş, sonradan Moskva ədəbi mühitində
demək olar ki, assimlyasiyaya uğramış, son 30 ildə isə Başından daha
artıq Yaşı ilə diqqəti cəlb edən bir ədəbiyyat qocalmışıni kimlərsə
dilimizin bütün imkanları ilə tərifləyir. Öləndən sonra sifətinin bütün
xallarını pozmaqdadırlar. Amma məncə, soyuqqanlı olmaq və yaxşıca düşünmək lazımdır. Məsələn
bu sual ətrafında: Çingiz Hüseynov yaşadığı Moskvada və 95 yaşlıq
ömrünün içində Azərbaycan üçün nə edib? (Ortabab bir əsər olan “Fətəli
fəthi”ni istisna etsək…) Bizim ölkəni qaralamaqdan, bir ovuc qaragüruhçunun zövqünü oxşamaqdan başqa nə etdi Çingiz Hüseynov? Bu
gün inkişafının ən sürətli, tarixinin ən qüdrətli çağını yaşayan
Azərbaycanın 100 il geri atıldığını iddia etməkdən başqa nə etdi? “Ermənilər
unikal millətdir”, “Ermənistanı başa düşmək olar, onların əraziləri
Türkiyədədir” deyə xəstə qonşularımızın cəfəngiyyatına dəstək verməkdən
başqa nə etdi? Ermənistan-Azərbaycan münaqişəsi
başlayandan bəri Siz onu Qarabağın Azərbaycana məxsus olduğunu sübut
etməkdən ötrü hardasa bir mətbuat konfransı keçirən gördünüzmü? Nifrət, böhtan püskürən Zori Balayanın cavabını heç olmasa, mövcud olduğu ədəbi məkanda verdimi?Ya
Torpaqlarımızın işğaldan azad edilməsindən, Şuşada, Xankəndidə
dalğalanan bayrağımızdan xoşbəxtcəsinə nəsə yazdığını gördünüzmü?
Azərbaycan Xalqına bir təbrik məktubu yazdımı, dərc etdirdimi bu adam?
Mən görməmişəm... Yəqin elə Siz də! 44 günlük
müharibədə Siz onun heç olmasa, yaşadığı Moskvada, Rusiya
telekanallarından hansısa birində Azərbaycanın maraqlarını müdafiə
etdiyini gördünüzmü (lap elə yazıçı Çingiz Abdullayev kimi)?Adam
solğun bir Rüstəm İbrahimbəyovvari ömür yaşadı. Niyə solğun, ona görə
ki, Rüstəm ondan istedadlı idi və erməniləri də istedadlı şəkildə,
altdan-altdan öyürdü və ölənə yaxın heç olmasa, özünü xalqa əfv
etdirməyi bacardı. Ona görə məzarı Fəxri Xiyabandadır. Çingiz
Hüseynov ömrünün sonlarımda qaragüruhçu osmanqızı səviyyəsinə düşmüş
biri idi və ordan da getdi. Böhtançı, qərəzli, antihəqiqət biri kimi.
Onun bir məşhur əsəri də var idi: “Məhəmməd, Məmməd, Məmiş”… Əsər bir
insanın deqradiyasından, zəifliyə, cılızlaşmağa gedən yolundan
-Məhəmmədlikdən Mamedliyə, ordan da Məmişliyə yuvarlanmasından bəhs
edirdi…Çingiz Hüseynovdan Məhəmməd olmadı. Mamed kimi yaşadı.Və Məmiş kimi öldü...