miqren

Miqren ağrılarından BU YOLLA xilas olun - UNİKAL METOD

Həyatında heç bir zaman baş ağrısı hiss etməyən adama yəqin ki, rast gəlmək mümkün deyil. Əksər hallarda biz bu ağrıları "miqren” adlandırsaq da, bu heç də belə deyil.

Miqren – ciddi xroniki xəstəlikdir. "Miqren” diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə, tez bir zamanda həkim-nevropatoloqa müraciət etmək lazımdır.

Miqren - güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. Miqren tutması zamanı tez-tez ürəkbulanma və qusma da baş verir.

Qlobal.net xarici mətbuata istinadən, baş-beyin damarlarının təmizlənməsi üçün səmərəli və etibarlı resept təqdim edir. 

 Bu, baş- beyin damarlarının təmizlənməsi üçün unikal metoddur.

 Bal və qoz ləpəsi

 Beş qoz ləpəsinı blendrdən keçirin və bir çimdik darçın və zəncəfil qatın, 1 xörək qaşığı da təmiz bal əlavə edib, bir sutka soyudicuda saxlayın. Hazırladığınız bu qarışım 1 günlük dozadır. Onu 3 yerə bölün və gündə 3 dəfə, yeməkdən 30 dəqiqə qabaq qəbul edin. (Saqlamheyat.az)

29.10.2022 10:04
show 841