qadın

Mingəçevirdə dəhşət: Oğul anasını qətlə yetirdi - TƏFƏRRÜAT

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğundan Bakupost.az -a bildirilib ki, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.
"Unikal"ın məlumatına görə, 1979-cu il təvəllüdlü Çıraqova Natella Tapdıq qızı Mənzil İstismar Sahəsində süpürgəçi işləyib. Əslən Tərtər rayonundan olan qadın bir oğul və bir qız anasıdır.
Qızı universitet tələbəsi, onu qətlə yetirən oğlu isə işsizdir. Qonşuların sözlərinə görə, Natella Çıraqova uzun müddətdir ki, əri Xaliddən ayrı yaşayırmış. Qonşular heç vaxt qadının övladları ilə ciddi söz-söhbətlərinin şahidi olmayıblar. Səhərə yaxın saat 5 radələrində qışqırıq səslərinə oyanıblar. Amma kimsə övladı Rəşad Çıraqovun anasının qətlə yetirməsinə mane ola bilməyib.
Mingəçevirdə dəhşət - Oğul anasını qətlə yetirdi - TƏFƏRRÜAT
20.08.2024 09:51
show 271