Mingəçevirdə yeniyetmənin atası tərəfindən zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə xəbərlər paylaşılıb.
Hadisə şəhərin Vidadi küçəsi, 3. ünvanında qeydə alınıb.
Övladına hirslənən atanın məişət əşyalarını oğlunun başında sındırdığı bildirilir.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.
Qonşuların sözlərinə görə, ata-bala arasındakı mübahisə uşağın qonşunun maşınına icazəsiz girdiyi üçün baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qlobal.net "Xəzər Xəbər"ə istinadən süjeti təqdim edir: