mətanət

Min hoqqadan çıxırsınız, heç kimin... - Mətanət XƏBƏRDARLIQ ETDİ

Aparıcı Mətanət Əliverdiyeva proqramına gələn qonaqlara xəbərdarlıq edib.

Qlobal.net xəbər verir ki, o, "Xəzər axşamı" verilişinə gələnlərin artıq nazı ilə oynamayacağını bildirib:

"Ay özünü dartanlar, məni də ana dünyaya gətirib, sizi də. Ola bilər ki, siz bahalı geyinirsiniz, mən ucuz şey geyinirəm. Bunun heç bir aidiyyəti yoxdur. Siz min hoqqadan çıxırsınız, mən isə heç bir hoqqadan çıxmıram. Ona görə də özünüzü dartmayın.

Özümə söz vermişəm, burada kim özünü dartarsa, sizə "yaxşı yol" deyəcəyəm. Heç kimin nazını çəkən deyiləm. Mən sizə necə hörmət qoyuramsa, siz də bizim verilişimizə və komandamıza hörmət qoymalısınız". (axsam.az)

20.03.2025 17:00
show 323