Ölümsüzlük meyvəsi kimi də tanınan innab tam şəfa mənbəyidir. Araşdırmalara
görə, innab immunitet sistemini gücləndirir.
Qlobal.net bildirir ki, mütəxəssislər “Çin xurması" və ya "qırmızı
xurma" olaraq da bilinən innabın təzə və qurudulmuş şəkildə istehlak
edildiyini, sadəcə qəlyanaltı deyil, həm də bir çox xəstəliklərdən qorunma təmin
etdiyini bildirir.
Tədqiqatlara görə, antioksidant və C vitamini ilə zəngin olan innab,
immunitet sistemini gücləndirməyə kömək edir, orqanizmi xəstəliklərdən qoruyur,
təzyiqi tənzimləməyə və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Lif qaynağı olan innab həzm sistemini dəstəkləyərək qəbizliyin qarşısını
alır. Sizi tox tutaraq arıqlamağınıza kömək edir. Yuxusuzluq və narahatlıq
problemlərinə yaxşı gəlir. Bədəndəki iltihabı azaldaraq hüceyrə zədələnməsinin
qarşısını alır.
Sputnik-də yer alan xəbərə görə, bir çox xəstəliyə faydalı olan qida dəyəri
ilə diqqət çəkən innab son illərdə populyarlığını artırır. Məhsul mövsümü
ümumiyyətlə sentyabr ayının sonunda başlayıb və oktyabrın sonuna qədər davam
edir. İnnab isti və yarı quraq iqlimin hökm sürdüyü bölgələrdə yetişdirilir.
Bir innab ağacı təxminən 20 kilo meyvə verə bilər. Bu meyvə həm təzə, həm də
qurudulmuş halda istehlak edilə bilər.
Səbinə
Qlobal.net