Mimoza salatı necə hazırlanır?

Mimoza salatı necə hazırlanır?

Mimoza salatı klassik və məşhur salatlardan biridir. Yumşaq dadı, gözəl görünüşü və qat-qat düzülüşü ilə həm gündəlik süfrələrdə, həm də bayram yeməklərində yer alır.

Qlobal.net mimoza salatının resepti və hazırlanma qaydasını təqdim edir:

Ərzaqlar

  • 450 qram toyuğun döş əti
  • 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
  • 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
  • 3 ədəd orta boy kartof
  • 2 ədəd yumurta
  • 3 ədəd orta boy yerkökü
  • zövqə görə duz
  • 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
  • rəndələnmiş Holland pendiri

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.

Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.

Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.

Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.

  1. toyuq ətinin yarısı
  2. xama-mayonez qarışığı
  3. qozun yarısı
  4. kartofun yarısı
  5. duz
  6. xama-mayonez qarışığı
  7. yumurtaların yarısı
  8. duz
  9. yerkökünün yarısı
  10. xama-mayonez qarışığı

Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.


Mimoza salatı ilə süfrəniz həm zövqlü, həm də dadlı olacaq. Nuş olsun!

Fidan
Qlobal.net

28.12.2024 04:28
show 69