Maraqlı

Milyonçuya ərə gedən bu qadının xoşbəxt həyatı faciə ilə bitdi

Milyonçuya ərə gedən bu qadının xoşbəxt həyatı faciə ilə bitdi.

Qlobal.net xəbər verir ki, əslən osetin zadəganlarından, ən hörmətli aristokrat nəslindən olan bu xanım Vladiqafqazda doğulub yaşayıb.
scale 1200 Milyonçuya ərə gedən bu qadının xoşbəxt həyatı faciə ilə bitdi

Elə burada işgüzar səfərdə olan azərbaycanlı milyonçu ilə tanış olur və ailə qurur. Onların toyu çox dəbdəbəli və təmtəraqlı keçir. 7 gün, 7 gecə toydan sonra onlar Bakıya köçürlər. Həyat yoldaşı xanımı dəlicəsinə sevdiyi üçün onu özü ilə tez-tez Avropaya səfərə aparır. Günlərin bir günü Venesiyada dəbdəbəli binanın qarşısında dayanan xanım bu sözləri deyir: Bu binada yaşayanlar necə xoşbəxtdirlər”.

Bu sözləri eşidən bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra 1910-1912-ci illərdə öz sevdiyi xanımın şərəfinə venesiya üslubunda bina tikdirir. “Səadət” sarayı adlanan bu malikanədə onlar 1920-ci ilə qədər xoşbəxt yaşayırlar. Bir-birinə qarşı sevgi, məhəbbət, hörmət hissi ilə yaşayan bu cütlüyün təssüflər olsun ki, övladları olmur. Amma onlar bir çox yetim uşağa qəyyumluq edirlər. Onları oxudurlar və savad verirlər. Təəssüf ki, bu xoşbəxt cütlüyün sonu faciəvi olur. Bakıda 1920-ci ilin aprel ayında bolşeviklərin sovet işğalı zamanı iki bolşevik onların evinə soxulur və onlardan tələb edirlər ki, evi tərk etsinlər. Əvvəlcə bolşevikləri, sonra isə özünü güllə ilə vuran bəy həyatına son qoyur.

Xanım isə bir müddət qonşuluqdakı mənzilin zirzəmisində gizlənir. Xaricə qaçmaq məqsədilə saxta da olsa, bir türk paşasına ərə gedir. Türkiyəyə köçür və burada da onun bəxti gətirmir. Yeni həyat yoldaşı onu aldadaraq əlindəki son varidatı da alır və aradan çıxır. Bəzi mənbələr deyir ki, 1950-ci illərdə Parisdə, bəzisi deyir ki, 1956-cı ildə Almaniyada, bir çox mənbələr deyir ki, elə həmin illərdə İstanbulda vəfat edib.
foto 1 Milyonçuya ərə gedən bu qadının xoşbəxt həyatı faciə ilə bitdi

Heç bir yaxını ilə əlaqə saxlamayıb, heç məktub da yazmayıb.

Bilirsiniz bu xanım kimdir?

Məşhur milyonçu Murtuza Muxtarovun dəlicəsinə sevdiyi, onun şərəfinə Səadət sarayına tikdirdiyi Liza (Tuqanova) Muxtarovadır.

Related Articles

Bir cavab yazın

Back to top button