Milyonçunun dilənçi xanımı – Lizanın acı həyat hekayəsi

Rus qəbristanlığında unudulmuş, tənha və kimsəsiz bir qadın məzarı var. Məzarın üzərinə bir zamanlar sadəcə olaraq “onun arvadı” yazılırdı. İndi isə həmin qadının real ad və soyadı oxunmayacaq dərəcədə silinib. Bir zamanlar Bakının ən gözəl qadınlarından biri olub.
Qlobal.net xəbər verir ki, gürcü əsilli idi. həyat yoldaşının ijinci xanımı statusunda idi. Ona qısa olara ya Liza deyirdilər, ya da Amala. Yəni Amaliyanın qısaldılmış forması.
Həyat yoldaşı ona hər yerdə “maya Amaliya” deyə müraciət edirdi. Bakının ən gözəl xanlmlarından biri idi. Onun geyiminə, daş-qaşına, ləl-cəvahiratına bütün Bakı tamaşaya dururdu. 1889-cu ildən 1919-cu ilə qədər – 30 il həyat yoldaşı ilə, hətta onun birinci ailəsi ilə bir yerdə yaşadılar, sözsüz, söhətsiz. 1907-ci ildə rəsmi nikaha girdilər. Ona həyat yoldaşı çox gözəl bir ev almışdı. 28 May küçəsindəki binanın 2-ci mərtəbəsindən. Birinsi həyat yoldaşı Ümməsəlmə xanım ailəsi ilə birlikdə “Tarqovaya” – indiki Nizami küçəsindəki dəbdəbəli sarayda yaşayırdı.
Həyat yoldaşı öləndən sonra, 1919-ci ildə mirasın yarısı Lizaya qaldı.
Buna baxmayaraq, ömrünün qalan hissəsini yoxsulluq içində yaşadı: Tiflis qohumları sərvətin əhəmiyyətli bir hissəsin onun əlindən aldılar Burada doğma qardaşları onu qarət edir və o, yenidən Bakıya qayıdır. Sovet hökuməti tərəfindən əlində olan digər sərvət də müsadirə edildi. 1920-ci ildən sonra Bakı Krezuslarından birinin arvadı Orlovskaya (indiki Muxtadır) küçəsindəki bərbad mənzildə yaşamağa məcbur olur.
Daha sonralar o, milliyyətcə yəhudi olan Cankarov soyadlı bir yaşlı kişi ilə ailə qurur, ancaq ondan da övladı olmur. O, ötən əsrin 60-cı illərinin ortalarında Bakıda vəfat edib, uzun zaman aclıq çəkib. Heç kim ona yardım etməyib və beləcə səfalətli günlırin birində rəhmətə gedir və Çəmbərəkənddə rus qəbiristanlığında dəfn olunur.
Bilirsiniz bu xanım kimdir? Yelzaveta Qriqoryevna Nağıyeva. Musa Nağıyevin “Maya Amaliya”, “Maya duşa” dediyi ikinci, gürcü əsilli həyat yoldaşı.
Murad
Qlobal.net