652a2a7e9198d202310234326
Milyonçunun arvadının həftədə xərclədiyi pulun məbləği dodaq uçuqlatdı

Dubay milyonçusunun həyat yoldaşı Linda Andrade bu yaxınlarda pullarını necə xərcləməyi xoşladığını açıqlayıb. Rəqəmlər heyrətedicidir.

Qlobal.net lent.az-a istinadən bildirir ki, Linda "TikTok"da xərclərini "Bir milyonerin arvadı olaraq bu həftə nə qədər qazandım" adlı videoda paylaşıb. 

Qadının sözlərinə görə, o, həftədə 1.411.008 dollar xərcləyib. Qadının həftəlik alış-veriş xərci isə 356 214 dollar olub.

Qadın sonra ərindən əlavə 229 141 dollar alıb. O, bu pulu içkilərə və axşam yeməyinə xərcləyib. O, lüks şokolad almaq üçün 7210 dollar xərcləyib.

Əri Riki daha sonra qızıl-zinət əşyalarına 201,200 dollar buraxıb və əyləncə üçün ona əlavə 52,210 dollar verib. Video qadının qayıqda oturaraq "təsadüfi çərşənbədə" 216 789 dollar xərclədiyini üzə çıxarması ilə bitir.

Linda özünü "əsl Dubay evdar qadını" adlandırır. 24 yaşlı gəncin dəbdəbəli həyatını "TikTok"da 796 800 izləyici izləyir. 


14.10.2023 09:40
show 767