642ed7cdd587e202304233141
Milyonçu var-dövlətini ailəsindən gizlətmək üçün görün nə etdi

Sahibkar və milyonçu anonim şəkildə sərvətini qohumlarından necə gizlətdiyi barədə hekayəni paylaşıb.

Kişinin sözlərinə görə, o, həmişəkindən daha çox qazanmağa başlayanda, bu, həyatını xeyli dəyişib.
“Digər ailə üzvlərimə deməyə başlayıblar ki, məni ziyarət etsinlər və mən onlara qayğı göstərəcəyəm. Evə gələndə məndən onlara çoxlu hədiyyələr gətirməyimi və hər bayıra çıxanda pul verməyimi gözləyirlər...”, - biznesmen paylaşıb.

Onun sözlərinə görə, zaman keçdikcə o, bu insanların “toksikliyini” dərk edib və buna görə də “bəzi sərhədlər” çəkmək qərarına gəlib. Xüsusən də onlara zəng etməyi və yazmağı, eləcə də həyatından danışmağı dayandırıb.


Pandemiya başlayanda sahibkar vaxt keçdikcə daha çox qazanc əldə edən biznesinə yeni başlayırmış. Əhəmiyyətli maddi gəlir ona əvvəlki işini tərk etməyə imkan verib və o, ailəsinə işini itirdiyini, lakin işləməyə davam etdiyini söyləyib.
 
Bundan sonra onlar öz təşəbbüsləri ilə onunla ünsiyyəti və əlaqəni dayandırıblar. Sonda o, ailəsinə onun çox pul gətirmədiyini və yaşayış dəyərinin yüksək olduğunu söyləmək qərarına gəlib.

O, sirrini saxlamaq üçün hətta kiçik mənzil kirayəyə götürüb və yaxınlarını aldadaraq, onları buranın penthaus deyil, onun yaşayış yeri olduğuna inandırmağa məcbur edib.

“Hazırda bunu “mənzildə” qonaq otağımda yerdə yatarkən yazıram, yataq otağım və divanım ailə üzvləri tərəfindən tutulub. Mən onlara heç vaxt deməyəcəyəm və onlar məni həmişə yazıq kimi tanıyacaqlar”, - o paylaşıb.

06.04.2023 18:31
787