Maraqlı

Milyonçu Musa Nağıyevin İsveçrədə 413 milyon qızıl pulu qalıb – Onu niyə geri almaq olmur?

Hazırda İngiltərə və İsveçrə banklarında çar Rusiyasında neft milyonçusu olmuş Ağa Musa Nağıyevin qızıl pulla 413 milyonu qalıb.

Bu sözləri milyonçunun nəvəsi, Rusiya vətəndaşı Dilarə Nağıyeva deyib. 

Onun sözlərinə görə, atası Fərəc Nağıyev deyib ki, (İsmayıl öldükdən sonra Ağa Musa qardaşı Ağəlinin oğlunu övladlığa götürür – red.) Ağa Musa Nağıyev pullarını xarici banklara yatırıb: “Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib”.

Amma hazırda kod sözünü bilmədiyinə görə, ailəsi həmin pulları ala bilmir: “Bankda bizdən kod istəyirlər, biz isə bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər. Çeki ona yedizdirib, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə də pulu ala bilmirik. Amma Azərbaycanın adından dövlət olaraq müraciət edib pulu geri qaytara bilərik.

İndi Nağıyevlər ailəsinin tək istəyi onun varidatını xarici banklardan geri almaq və həmin pula Bakıda iki bina tikdirməklə Ağa Musa Nağıyevin 100 binanın sahibi kimi adını tarixə salmaqdır. (Fed.az)

Related Articles

Bir cavab yazın

Back to top button