Tagiyev Haci Turab ehvalati

Milyonçu Hacı Zeynalabdin Tağıyev niyə axundun ayağı altında dəfn olundu?

Bir gün axund Hacı Turab Hacı Zeynalabdin Tağıyev üçün Quran, daha doğrusu, “Yasin” surəsini oxuyub tərcümə edir. 82-ci ayəyə, yəni “Allah bir şeyə iradə eləsə, ona ”Ol!" deyər, o da dərhal olar" ayəsinə çatanda Hacı Zeynalabdin soruşur ki, axund, mənim bu qədər var-dövlətim var, Allah istəsə, bir anın içində əlimdən ala bilərmi.

 Axund cavab verir ki, bəli, ala bilər.

Bundan az sonra Azərbaycanda sovet hakimiyyəti qurulur. Bütün sərvəti əlindən alınan Hacı Zeynalabdin vəsiyyət edir ki, öləndə onu Hacı Turabın ayağının altında dəfn etsinlər. Bu barədə başqa bir rəvayət belədir. Bir dəfə Hacı Zeynalabdin faytonda gedərkən sınıq bir arabaya minən axund Hacı Turabla üzbəüz gəlir. Hacı tez faytonu saxlatdırıb onu axunda bağışlamaq istəyir. Hacı Turab faytonu almır və deyir: “Təşəkkür edirəm, mən nəyim varsa onunla kifayətlənirəm. Verdiklərinə görə də ilahiyə minnətdaram. Hər şey varlını da bir anda dilənçiyə çevirə bilən Allahın əlindədir”. Hacı Zeynalabdin o vaxt bu sözə önəm verməsə də hər şeyi əlindən alınandan sonra bu uzaqgörən kişinin sözlərini xatırlamamış deyildi. Ona görə də vəsiyyət edir: “Məni onun ayağı altında basdırın, çünki onun ayağının bildiyini mənim başım bilmir”.

Murad
Qlobal.net
22.04.2025 10:23
show 247