Bir vaxtlar "Möhtəşəm Yüzil" serialında Mihrimah Sultan obrazını canlandıran və "Aramızda Qalsın" serialında Yaren rolunda çıxış edən keçmiş uşaq aktrisa Melis Mutluç məşhur "Kim Milyonçu Olmaq İstəyir?" yarışmasına qatılıb.
Qlobal.net xəbər verir ki, aktrisalıqdan uzaqlaşaraq fərqli bir yol seçən Mutluç hazırda gözlərdən uzaq və sakit bir həyat yaşayır.
Melis Mutluç orta məktəb illərində aktyorluq fəaliyyətini dayandırmağa qərar verib. O, bu addımını imtahanlara hazırlaşmaq zərurəti ilə əlaqələndirib.
Hazırda İstanbul Universiteti-Cerrahpaşa Tibb Fakültəsinin 3-cü kurs tələbəsi olan Melis Mutluç, yarışmada uğurlu performansı ilə yadda qalıb. O, 300 min TL-lik tarix sualına cavab verməkdən çəkinərək yarışmadan 200 min TL mükafatla ayrılıb.
Sosial mediadan demək olar ki, istifadə etməyən Mutluç, daha çox təhsilə fokuslanaraq diqqət mərkəzindən uzaq qalmağa üstünlük verir.