680f43319eee1202504255825

Milyon dənə zibildən çıxır, evə kimləri isə salır, qucaqlaşır... - Keçmiş əri Ayseli BİABIR ETDİ

Uzun müddətdir ayrılsalar da söz-söhbətləri səngiməyən Oqtay və bloger Aysel Şükür münasibətində yeni qalmaqal yaranıb.
Qlobal.net
sosial şəbəkələrə istinadən xəbər verir ki, Oqtay canlı yayım açaraq keçmiş həyat yoldaşı Ayselə səslənib: “Başqa boşanan cütlüklərə qibtə edirəm, boşansalar da uşaqları ilə maraqlanırlar. Küçələrdə, klublarda veyillənmirlər, partlamırlar orda-burda. Qəzalara düşmürlər, kimin isə evinə gedib orda yaşamırlar ki, oyunlardan çıxım. Şükürlər olsun, mənə hər şeyi danışdılar. Uşaqlarımdan imtina etməmişəm. Sadəcə demişəm ki, məni tutdurursa, uşaqlara gələcəkdə problem yaranmasın deyə adımdan çıxarılsın. Onlar da bunu başa düşmürlər. Çalışırlar məni tutdursunlar.”

Daha sonra Oqtay keçmiş həyat yoldaşının paylaşımlar edərək bu mövzudan reytinq qaldırmağa çalışdığını iddia edib: “Mən 350 manatdan qorxmuram, sadəcə prinsipə getmişəm. Keçən il mənim və ailə üzvlərimin səsini paylaşdı, halbuki özü milyon dənə zibildən çıxır, evə kimləri isə salır, qucaqlaşır, başqalarının evində qalır… ”

Oqtay, Ayselin uşaqlara baxmadığını da qeyd edərək bildirib: “Gündə iki saat heç olmasa uşağınla vaxt keçir.”

Qeyd edək ki, Aysel Şükür İnstaqram səhifəsinin tarixçə bölümündə paylaşım edərək Oqtayın alimentə görə uşaqlarından imtina etdiyini yazmışdı. 
28.04.2025 13:00
show 166