657af81f4936f202312234207
Milyarder qızından intim videoya... Nağıl kimi ömür - Son mesajında yazdığı "Əlvida..." (VİDEO)

Anar Nağılbaz 1974-ci il martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib. Atası onu jurnalist kimi görmək istəsə də, o, Mədəniyyət və İncəsənət Univeristetinin televiziya rejissorluğu fakültəsinə qəbul olur.

1988- ci ildə hip-hopa maraq göstərən Anar Nağılbaz reper kariyerasına 1990-cı ildə başlayıb. İlk dəfə Kırımda Artek düşərgəsində rep deyib. Beləliklə Azərbaycanın ilk repçisi kimi tarixə düşüb.

Yaradıcılığa ilk dəfə nağıllarla başlayan reper bu səbəblə özünə Nağılbaz təxəllüsünü götürüb. Özü bu təxəllüsü götürməsini belə izah edirdi: Rep Qərb mədəniyyətinin məhsulu olsa da, Anarın repi təpədən dırnağa azərbaycansayaq idi. O, repi okeanın o tayından dartıb Yasamala, sovetsikinin dar dalanlarına dirəyib yaxşıca əzişdirə bilmişdi. Təkcə replə yetinmir, partlayış yaradacaq layihələrə imza atmaq istəyirdi. Konsertlərdən qazandığı gəlirlə “Bakı oğrusu” filmini çəkmişdi. Bu, Azərbaycan Dövlət və Mədəniyyət Universitetində televiziya rejissoru kimi onun diplom işi idi.

Şəxsi həyatı xeyli qarışıq münasibətlərə yadda qalan reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub.

İlk oxu daşa dəyən reper bir müddət sonra ləzgi qızı Anjelika adlı xanımla eşq yaşayır. Evlilik məqamına gəldikdə qızın ailəsi bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məcilisində iştirak etmir. Cütlük qarşıda dayanan maneələrə baxmayaraq ailə qurmağa nail olsa da, bu ailəni ayaqda saxlamağı bacarmır. Anarın həyat yoldaşı bu problemlə bağlı mətbuata açıqlama verərək, demişdi ki, Anar içir və ailəsinə diqqət ayırmır. Onu uşaqların qayğıları narahat etmir.Bu kimi sosial problemləri əsas gətirərək Anjelika iki övladını götürüb Anarı tərk edir.

Anar Nağılbaz son günə qədər də hələ sözünü demədiyini, ən yaxşı repini hələ yazmadığını düşünürdü. Anarın son illər uğursuzluq silsiləsində istisna işlərindən biri də meyxanaçı Farizlə hazırladıqları “Qaçış” layihəsidir. 2015- ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayır.

2017-ci ildə vətənə qayıdan reper internetdə Aytən adlı xanımla tanış olur. Xarici ölkədə işləyən xanım işdən icazə alaraq Bakıya Anarın ailəsi ilə tanış olmaq üçün gəlir. Mediadan gizlin ailə quran Anar Naılbaz təntənəli toy mərasimi keçirməyib. Lakin xanım rəsmi nikahdan sonra Bakıdan getməli olub. Reperin anası müsahibələrində Anarın ikinci həyat yoldaşının ağır xərçəng xəstəsi olduğunu qeyd edib.

Tez-tez maqazin xəbərlərinin gündəmi olan Anarın 2017-ci ildə internetdə porno videosu yayılır.

Şəxsi həyatında, həyat yoldaşı ilə olan problemlərinin mətbuata sızması və Anarın bu xəbərlərə tipik Azərbaycan kişisi kimi reaksiya verməsinin ardınca haqqında yayılan videoya qaragürühun təpkisini qaldıra bimədi. Hərçənd əksər sənət adamları bu tip hadisələrdən piar kimi istifadə edir. Bəlkə də həmin videodan sonra içindəki mühafizəkar azərbaycanlı kişisinin dırdırından xilas ola bilib əcəb etmişəm sözünü deyə bilsəydi, o, bu gün yaşayırdı. Hər şeyi ürəyinə salanların düşməni olan avqust istisi Anarı da götürüb getdi. O, özünü öldürdü. Silahı isə yarada bilmədiyi əsərlər, dəyişə bilmədiyi insanlar oldu. Sağ əlini qoymağa baş gəzərkən sol əli ilə ilə ürəyini tutub 2018-ci il avqustun 4-də anidən getdi.

Gəlin, sonda Anarın qızına ünvanladığı son mesajı oxuyaq: Gözəl qızım Şərqiyəm! Ad günü mübarək. Papa səni ürəkdən təbrik edir. Xoşbəxt olasan həyatda. Tale elə gətirdi ki, daha səni özüm təbrik edə bilməyəcəm. Amma həmişə dua edəcəm xoşbəxtliyinçün. Əlvida. Anar bu mesajı 2017-ci ildə yazmışdı. Təbrikin sonuna yazdığı “Əlvida” sözünü yeni həyata başlaması, keçmiş ailəsindən ayrılması ilə bağlı demişdi. Ancaq bu əlvida qısa müddət sonra həqiqi əlvidaya çevrildi və bu mesajdan sonra Anar bir daha Şərqiyyənin doğum gününü təbrik edə bilmədi.  

Daha ətraflı video-materialda:



(referans.az)


14.12.2023 16:41
show 23307