67a43d78286d0202502254128

Milyarder Ağa Xan qəfil vəfat etdi - Yüzlərlə xəstəyə kömək etmişdi

Milyarder, filantrop və ruhani lider Ağa Xan 88 yaşında vəfat edib. 

Qlobal.net bildirir  ki, bu barədə onun xeyriyyəçi təşkilatı olan "Aga Khan Development Network" məlumat yayıb.

O, Portuqaliyanın Lissabon şəhərində ailəsinin əhatəsində sakit şəkildə dünyasını dəyişib. İsveçrədə doğulmuş Ağa Xan Britaniya vətəndaşı idi və Fransada yaşayırdı. 1957-ci ildə 20 yaşında İsmaili müsəlmanlarının imamı olmuşdu.
 Onun xeyriyyə təşkilatları inkişaf etməkdə olan ölkələrdə yüzlərlə xəstəxana, təhsil və mədəniyyət layihələri həyata keçirirdi. Ağa Xanın yeni varisi yaxın zamanda elan ediləcək. 

Səbinə
Qlobal.net

06.02.2025 08:42
show 296