66f131c764785202409241551

Milli Məclisin vitse-spikerləri onlar oldu

Deputatlar Rəfael Hüseynov, Əli Əhmədov və Musa Qasımlı Milli Məclis sədrinin birinci müavini seçiliblər.

Qlobal.net xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, R.Hüseynov müxalifət nümayəndəsi olaraq sədr müavini vəzifəsinə seçilib. M.Qasımlı isə müstəqil deputatlardan sədr müavini vəzifəsinə seçilib. Ə.Əhmədov isə öz növbəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvüdür.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

23.09.2024 13:15
show 178