Millət vəkili ərinin ölümündən danışdı: "Anidən başını yerə qoydu"
"Sağlamlığı
ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü
yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir
az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".
Bu sözləri axar.az-a açıqlamasında millət vəkili Jalə Əhmədova həyat yoldaşının vəfatı haqda danışarkən deyib.
O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: "Elə çox
yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə
Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”.
Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki
Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var. Mərhum
Xaçmaz rayonunda dəfn olunacaq.