Maraqlı

“Milan”a 4 qol vuraraq tarixə düşən yeganə azərbaycanlı – O, niyə 31 yaşında karyerasını bitirdi?

Azərbaycanın məşhur futbolçusu Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakıda anadan olub.

Qlobal.net xatırladır ki, o, 1948-ci ildən 1953-cü ilə qədər Bakının “Neftyanik” komandasında oynayıb. 1954-cü ildən Ələkbər Məmmədov futbol karyerasını Moskvanın “Dinamo” komandasında davam etdirib.

1955-ci ildə sentyabrın 4-də İtaliyaya gələn ilk sovet komandası “Dinamo” azarkeşlə dolus “San Siro” stadionunda “Milan” klubu ilə qarşılaşır. Oyunda Ələkbər Məmmədov “Milan” qapısından 4 qol keçirərək komandasına qələbə qazandırır. O, “Milan” klubuna 4 qol vuran ilk və hələ ki, yeganə azərbaycanlı adam kimi tarixə düşür.

O, bu komandanın tərkibində 4 dəfə SSRİ çempionu adını qazanıb. 1958-ci ildə Ələkbər Məmmədov SSRİ yığma komandasına dəvət alıb. Məşhur futbolçu dəfələrlə SSRİ yığma komandasının tərkibində yaşıl meydana çıxıb. Yeri gəlmişkən o,”Dinamo” və SSRİ yığma komandasının tərkibində  dünyanın iyirmidən artıq ölkəsində çıxış etmişdir. Həmyerlimiz  SSRİ-nin yüksək liqasında 185 oyun keçirmiş, bu oyunlarda rəqib qapılarına 56 qol vurmuşdur. Bir sözlə, Ələkbər Məmmədov dünya miqyaslı futbolçu olmuşdur. O, 1958-ci ildə SSRİ yığma komandasının tərkibində Avropa Kubokuna da layiq görülmüşdür.   Ələkbər Məmmədov 1960-cı ildə yenidən Bakı qayıdıb və “Neftyanik” komandasının tərkibində oynamağa başlayıb.

Çoxsaylı zədələr və mədəsində olan problemlərlə əlaqədar 1962-ci  ilin sonunda o, yaşıl meydanlara vidalaşaraq  idman karyerasını məşqiçilik etməklə davam etdirib. Ələkbər Məmmədov müxtəlif vaxtlarda “Neftçi”nin, 1993-cü ildə isə Azərbaycan yığma komandasının məşqçisi olmuş, Bakının ali təhsil müəssisələrində işləmişdir.

Ələkbər Məmmədov 1952-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu,   1965-ci ildə ADU-nun jurnalistika fakültəsini bitirmişdir. O, 1960-cı ildə       “SSRİ-nin əməkdar idman ustası”, 1990-cı ildə isə “SSRİ-nin əməkdar məşqiçisi” fəxri adına layiq görülmüşdür.

2014-cü ildə, iyulun sonlarında dostları tək yaşayan Ələkbər Məmmədovdan uzun müddət xəbər olmadığı üçün narahat olurlar. Polisə məlumat verirlər. 28  iyulda xilasedicilər onun mənzilinə daxil olurlar. Məlum olur ki, o, 3 gün əvvəl 84 yaşında vəfat edib.

Milan vurduğu 4 qol:

Murad Məmmədli
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button