Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillər satışa çıxarır.
Qlobal.net xəbər verir ki, satışa çıxarılan güzəştli mənzillər Bakı şəhəri Hövsan qəsəbəsində, Binəqədidə, Şirvan, Lənkəran və Sumqayıt şəhərlərində, Yevlax rayonunda yerləşir.
Mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Satış qiymətləri:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 50 200 manat,
4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi üzrə:
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 48 120 manat,
2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,
3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.
Şirvan Yaşayış Kompleksi üzrə:
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
İpoteka krediti ilə alış zamanı isə mənzillərin aylq ödənişi 236-477 manat aralığında dəyişir.