21.09.2020
22:33

Microsoft-un sualtı server təcrübəsinin ilk nəticələri açıqlandı

Müasir serverlərin əsas problemlərindən biri də onların daimi olaraq soyudulmaya ehtiyac duymalarıdır. Serverlər üçün yaxşı şəraitin təmin olunması üçün şirkətlər hər il külli miqdarda vəsaitlər xərcləyirlər. Microsoft şirkətinin fikrincə isə data mərkəzlərinin suyun altında yerləşdirilməsi bu problemin həlli ola bilər. Şirkət artıq bu ideyanı yoxlayıb və keçirilmiş testin nəticələrini açıqlayıb. Bu barədə The Verge saytı xəbər verib. Məlumatların emal mərkəzi professional xidməti tələb edir. Bura temperaturun idarə olunması və oksigen ilə nəmişliyin yaratdıqları korroziya ilə mübarizə də daxildir.

    Suyun altına serverin yerləşdirilməsi cəhdi hələ 2015-ci ildə reallaşdırılmışdı. Lakin həmin təcrübə bir neçə ay çəkmişdi. 2018-ci ildə isə Microsoft Project Natick layihəsinin komandası 35 metr dərinliyə ümumi həcmi 27.6 PB (petabayt) olan 864 ədəd serveri yerləşdirmişdi. Serverlər Şotlandiya dənizində 2 il müddətinə qaldılar. Bu ayın əvvəlində isə serverlərin yerləşdikləri xüsusi sualtı konteyner dənizdən çıxarıldı. Mütəxəssislər onun vəziyyətini qiymətləndirərək aparılmış təcrübənin nəticələrini açıqlayıblar.

Loading...