Məzahir Pənahov vəzifədən gedir
Bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenilənəcək.MSK-dakı dəyişiklik qurumun bütün üzvlərini əhatə edəcək.
Bu barədə MSK üzvlərindən biri məlumat verib. Bildirib ki, bununla bağlı artıq onlara xəbərdarlıq edilib.
Mənbə
deyib ki, kadr islahatları MSK-nın tam tərkibdə yenilənməsi ilə
nəticələnəcək. Onun sözlərinə görə, MSK sədri Məzahir Pənahov başda
olmaqla, qurumun bütün üzvlərinin istefaya göndərilməsi nəzərdə tutulub.
MSK üzvü iddia edib ki, bununla bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə də danışıqlar aparılıb.
YAP-a
MSK-nın tərkibi formalaşdırılarkən yeni namizədlər irəli sürmək təklif
olunub: “Müxalifət partiyalarına da bununla bağlı müraciət olunub.
Hazırda MSK-da müxalifəti təmsil edən heç bir üzv yeni tərkibdə təmsil
olunmayacaq”.
Qeyd edək ki, hazırda MSK-da müxalifəti təmsil edən
bir katib fəaliyyət göstərir. Bu, Ədalət, Hüquq, Demokratiya (ƏHD)
Partiyasının nümayəndəsi Mikayıl Rəhimovdur. Növbədənkənar parlament
seçkilərindən sonra MSK-nın müxalifətdən olan katibinin ƏHD Partiyasının
deyil, ReAl-ın nümayəndəsi olacağı bildirilir. (Yenisabah.az)