6490159fa32d7202306234519
Meyxanaçıların aparıcılıq etdiyi yeni veriliş gündəm oldu - VİDEO

Tanınmış meyxanaçılar Vüqar Əbdülov, Oqtay Kamil, Mehman Əhmədli və Rüfət Nasosnu "Space"in efirində yeni proqramın aparıcısı olublar.

"Meyxəbər" adlı veriliş tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Meyxanaçılar verilişdə ölkədə və dünyada baş verən hadisələri müzakirə edir, rəy verirlər.

Meyxanaçıların bu formatda bir proqramda aparıcılıq etmələri tənqidlə qarşlanıb. Sosial şəbəkə istifadəçiləri onların Aleyna Tilkini, Al Paçinonun 83 yaşında ata olması barədə xəbərini müzakirəyə çıxarıb lağ edərək şərh verməsini tənqid ediblər.



19.06.2023 12:44
show 583