Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib.
Qlobal.net xəbər verir ki, müğənni bu haqda yutubda yayımlanan "Şəbnəmlə iç üzü" layihəsində danışıb.
O bildirib ki, meyxanaçılar qeyri-etik ifadələrdən istifadə edirlər: "Bəzi meyxanaçılar bizim uşaqlarımızın dinlərini, imanlarını, tərbiyələrini pozurlar. Onlar söz tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər". (axsam.az)