Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu - EFİRDƏ DAVA – VİDEO
Meyxanaçı Samirə Yusifqızının restoranların birində gecə saatlarında oğlanlarla rəqsi gündəmə səs salıb.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, məsələ "Elgizlə izlə" ictimai-sosial verilişində müzakirə olunub.
Bəlli
olub ki, Samirənin rəqs videosunu müğənni qızı Fərəh sosial şəbəkədə
yayımlayıb. Sözügedən proqramda qonaq olan jurnalist Ramilə Sultan
müğənninin bu rəqsini başına qaxınc edib.
Ramilə
səs tonunu yüksəldib və Samirənin bu rəqsini onun yaşına və sənətinə
yaraşdırmadığını söyləyək sərt şəkildə reaksiya bildirib.
Bu
an isə S.Yusifqızı və R.Sultan arasında söz savaşı yaşanıb. Verilişin
aparıcısı Elgiz Əkbər tərəfləri sakitləşdirməyə çalışıb. Elgiz günahı
Samirənin qızı Fərəhdə görüb.
O
bildirib ki, bu görüntülər yayılmamalı idi. Meyxanaçının qızı isə
anasının rəqsində heç bir qəbahətin olmadığını və onun normal rəqs
etdiyini bildirib.
Verilişdə yaşanan qalmaqallı anları sizə təqdim edirik: