Meyxanaçı və müğənni Samirə Yusifqızı qeyri-rəsmi yaşadığı şəxsdən söz açıb.
Qlobal.net bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətçi "Xoş gəldim" verilişinə müsahibəsində danışıb.
Samirə bildirib ki, bir müddət əvvəl o, xaricdə yaşayan bir bəylə
qeyri-rəsmi münasibətdə olub. Yusifqızı həmin şəxsin davada öldüyünü
açıqlayıb: "Birlikdə qeyri-rəsmi yaşadığım şəxs olub. O, pullu adam deyil idi. Günü
bu gün belə onun həsrətini çəkirəm. Ondan sonra həyatımda heç kim
yoxdur, olmayacaq da. O məndən 5-6 yaş kiçik idi. Təəssüflər olsun ki,
artıq həyatda yoxdur. Təsadüfi hadisədə, davada öldü. Aramızda çox güclü
sevgi vardı. Amma birləşə bilmədik, alınmadı.
Çünki o məndən çox uzaqlarda idi. O, Rusiyada yox, kənar bir ölkədə
yaşayırdı. Heç cürə Azərbaycana gələ bilmirdi. İki dəfə mən özüm onun
yanında getmişəm. Bizim görüşümüz olub. Çox az müddət birlikdə olmuşuq.
3-4 gün qalıb, geri qayıtmışam. Onunla davamlı olaraq görüntülü
telefonla danışırdıq. Sadəcə olaraq belə oldu.
Anamın hər şeydən xəbəri vardı. O evli olub, boşanmışdı. Artıq ürəyimdə
məhəbbət yoxdur, bitib. Bundan sonra da olmayacaq. Həyat yoldaşım vəfat
etdikdən sonra neçə illər mən tək-tənha qaldım. Onun yoxluğu ilə günü
bu gündə barışa bilmirəm. Onun yoxluğu indi də bilinir".
Qeyd edək ki, Samirə Yusifqızının bir qız və bir oğlan övladı var.