650188cf3fdee202309230255
Meyxanaçı Samirə: “Meşədə ağacla tək qalaram, amma Oqtayla yox” - VİDEO

Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münasibətlərindən söz açıb.

Qlobal.net publika.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Xoş gəldim" verilişinə müsahibəsində danışıb.
Proqramin aparıcısı Amil Xəlilin "Oqtayla "ər-arvad" münasibətiniz var?" sualı ilə Samirəyə müraciət edib.

Yusifqızı isə həmkarı ilə yalnız dost olduğunu bildirib: "Oqtayın qadasını alım. O mənim ürəyim, duet ortağım, sənət dostumdur. Biz bir-birimizin ailəsinin içinə gedib-gələn insanlarıq. Biz Oqtayla günlərlə səfərlərə bir yerdə getmişik, amma ayrı-ayrı otaqlarda qalmışıq (gülür). Oqtay mənim nə ərim, nə sevgilimdir. Nə də ki aramızda başqa münasibətlər olmayıb. Biz tamam başqa zövqlü insanlarıq. Baxmayaraq ki, sənətdə birik".

Samirə əlavə edib ki, heç zaman Oqtay kimi ərinin olmasını istəmir: "Yüz il qala onun kimi ər istəmərəm. Yüz il qalsa... Meşədə ağacla tək qalaram, amma Oqtayla yox (gülür). Oqtay da bu sözü haqqımda deyər və əminəm ki, mənim bu sözlərimdən inciməz. Oqtay həmmişə mənə deyir ki, "Sən mənim əynimə deyilsən". Heç o da mənim əynimə deyil (gülür). Oqtayın həyat yoldaşının xasiyyəti eyni ilə Oqtayın xasiyyəti kimidir.

Atalar misalı var "Güvəc yumalanar, qapağını tapar". Eyni insanlardır. Oqtayın üç övladı var. Bir ara onun xanımı Oqtayı mənə qısqanırdı. Oqtay dedi ki, sənə görə evdə biraz söz-söhbətlər var. Cavab verdim ki, Oqtay mənim təkcə dostum yox, həm də sirdaşımdır. Yeri gələndə dərdimizi bir-birimizlə bölüşürük. Amma ondan kənara, çərçivəyə çıxan heç bir şey yoxdur. Ola da bilməz".

Aparıcının "Oqtay sizi qısqanır?" sualına meyxanaçının cavabı belə olub:

"Əsla! Nə ixtiyarı var? Kiminləsə duet oxuyan kimi Oqtay deyir ki, niyə oxudun, başın xarabdır. Amma qısqanmağa gələndə, Oqtay o qədər "oyunlardan" çıxıb ki, amma bu haqda heç kimə deməmişəm (gülür)".


13.09.2023 14:01
show 3935