Meyxana məclisi az qala qanla bitəcəkdi.
Titul.az-ın əldə etdiyi kadrlardan bunu demək olar.
Videoda bir sərxoş şəxsin meyxanaçıların əyləşdiyi masaya yaxınlaşaraq Balaəlinin deyişmə zamanı əlindən mikrafonu dartıb aldığı kadrlar aydın görünür.
Bu məqamda digər meyxanaçılar həmin şəxsə sərt reaksiya verirlər. Hadisələrin mərkəzində olan digər meyxanaçı isə Ruslan Müşfiqabadlı olub. O, sənət yoldaşına qarşı bu hörmətsizliyə ən sərt reaksiya verənlərdən olub.
Balaəli o məqamda əlini masadakı şüşə butulkaya atsa da baş verən olay sülhlə başa çatıb.
Hadisənin videosu: