photo_75408598
Metroya balta ilə girən şəxs daha bir VİDEO yaydı və cinsi azlıqları hədələdi

Bakı Metropolitenində balta ilə videosunu paylaşan şəxs yeni görüntülərini yayıb.

İnsanları öldürməklə hədələyən şəxs barəsində xəbərlər yayıldıqdan sonra bir neçə dəqiqə əvvəl Tik-Tok sosial şəbəkəsində canlı yayım açıb. O, haqqında xoşagəlməz fikirlər bildirən şəxsləri qınayıb.

Vətəndaşları hədələyən həmin adam yeni paylaşdığı videoda deyib: “Mən metroya əlimdəki bu çəkicimlə düşmüşdüm. Qaşın-gözün-üzün alan oğlancıqlara dəstək verməyin, ay yazıqlar!”

O həmçinin bildirib ki, metroya balta ilə deyil, çəkiclə daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda görüntülərdəki şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Onun əslən Ucar rayonundan olduğu bildirilir. (qafqazinfo)


05.07.2022 16:31
show 246