Ötən gün Nyu-York metrosunda (Upper West Side) iki qatar toqquşub, 20-dən çox insan yaralanıb.
Qlobal.net bildirir ki, toqquşma nəticəsində hər iki qatar relsdən çıxıb.
Rəsmilər azı 24 nəfərin yaralandığını, yüzlərlə insanın təxliyə edildiyini təsdiqləyib. 500-ə qədər sərnişini daşıyan qatarlardan biri hərəkətdə olarkən, istifadəyə yararsız qatarla toqquşub. İkinci qatarda təmir işləri gedirmiş.
Nyu York Şəhər Tranzit İdarəsi qəzanın səbəbinin müəyyənləşdirildiyini qeyd edib.
"İki qatarın bir-biri ilə toqquşması xəta səbəbindən baş verib. Lazımı tədbirlər görülür "- idarədən bildirilib.