20.09.2021
14:05
231

Metroda problem - Sərnişinin halı pisləşdi - YENİLƏNİB - VİDEO

Loading...

Bakı metrosunda yaranmış problemlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yeni açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, metro rəsmisinin sözlərinə görə, xəttə buraxılmış sınaq qatarında nasazlıq yarandığı üçün “Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib. Köməkçi qatardan sərnişinlər düşürülüb və sınaq qatarı xətdən çıxarılıb.

Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub.

***13:15

Bu gün Bakı metrosunda problem yaşanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, “20 yanvar” stansiyasından “İnşaatçılar” stansiyası istiqamətində qatar tuneldə qalıb. Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Sərnişinlərdən birinin halı pisləşib. Onu digər sərnişinlər kömək ediblər.

Bundan başqa, həmin istiqamətdə hərəkət edən qatarlarda gecikmələr olub.

Məsələ ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, metroda sınaq qatarı xətdə olub. Lakin ətraflı məlumat araşdırmalardan sonra veriləcək.


Loading...