metro

Metroda gediş haqqı artırılır?

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

Qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur. 

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb. 

***

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir.

Qlobal.net xəbər verir ki, pravda.az məsələni dəqiqləşdirmək üçün “Bakı Metropoliteni” QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb.

Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib.

Qeyd edək ki, hazırda metroda gediş haqqı 50 qəpikdir.

07.01.2025 13:03
show 270