Metrlərlə dərinlikdə basdırılan, hələ də təhlükə yayan məzar kimindir?

Richard Leroy McKinley Amerika Birləşmiş Ştatları Ordusunda xidmət edən gənc nüvə texniki idi.
Qlobal.net xatırladı ki, o, 1933-cü il 1 dekabrda Ohayo ştatının Union City şəhərində dünyaya gəlmişdi. Gənc yaşlarından elmi və texnoloji yeniliklərə marağı onu ABŞ Ordusunun Nüvə Enerjisi Proqramına gətirdi. Təlimlərini başa vurduqdan sonra o, Aydaho ştatında yerləşən “Stationary Low-Power Reactor Number One” (qısaca SL-1) adlı eksperimental nüvə reaktorunda operator kimi xidmət etməyə başladı.
SL-1 Nüvə Qəzası
1961-ci il 3 yanvar tarixində gecə saatlarında ABŞ hərbi tarixinin ən faciəvi nüvə hadisələrindən biri baş verdi. SL-1 reaktoru texniki baxımdan kiçik ölçülü idi və əsas məqsədi uzaq bölgələrdə yerləşən hərbi obyektlər üçün enerji təminatını sınaqdan keçirmək idi. Lakin həmin gecə üç hərbi texnik — Richard Leroy McKinley, John A. Byrnes və Richard C. Legg reaktorda texniki baxış zamanı ciddi səhv buraxdılar.
Reaktorun idarəetmə çubuqlarından biri təlimatdakı miqdardan çox qaldırıldı. Bu hərəkət saniyələr içində “prompt critical” adlı hadisəni — nəzarətsiz nüvə reaksiyasını — başlatdı. Yaranan ani enerji partlayış effekti yaratdı, bu da reaktorun içində şiddətli təzyiq artımına və metal konstruksiyaların dağılmasına səbəb oldu. Nəticədə üç operator ölümcül dozada radiasiya aldı və hadisə yerində həlak oldu.
McKinleynin dəfni
Qəzadan sonra onların cəsədləri yüksək səviyyədə radioaktiv maddələrlə çirklənmiş vəziyyətdə idi. Buna görə, onların dəfni xüsusi qaydalar çərçivəsində həyata keçirildi.
Nüvə mühəndisləri dünyada bənzəri olmayan bir məzar hazırladılar. Onun bədəni ilk metal tabuta qoyuldu, sonra bu tabut bir neçə əlavə tabutun içində yerləşdirildi. Hər bir tabut pambıq, plastik və xüsusi qatlarla vakuumda möhürləndi. Son qat isə qurğuşunla örtülmüş tabutdur, radiasiyanın yayılmasını minimuma endirdi. Məzar metrlərlə yerin altında yerləşirildi və tam izolyasiya olundu.
Qəbir yerinin hərəkət etdirilməsi və ya açılması qəti şəkildə qadağan edildi.
Bu səbəbdən McKinley-nin məzarı bəzən “dünyanın ən təhlükəli qəbir yeri” adlandırılır. O, nüvə texnologiyasının risklərini öz həyatı ilə dərk edən və bu sahədə tarixə yazılan ilk hərbi qurbanlardan biri oldu.
SL-1 qəzası ABŞ nüvə tarixində dönüş nöqtəsi hesab olunur. Hadisədən sonra nüvə təhlükəsizliyi qaydaları sərtləşdirildi, hərbi reaktorların dizaynı yenidən nəzərdən keçirildi və insan faktoru ilə bağlı risklərin minimuma endirilməsi üçün yeni prosedurlar tətbiq olundu. McKinley və onun yoldaşlarının ölümü, nüvə texnologiyasının nə qədər diqqət və məsuliyyət tələb etdiyini bütün dünyaya göstərdi.
Yazıda istifadə olunan mənbələr
Wikipedia – SL-1 Nuclear Reactor Accident
Military Hall of Honor – Richard Leroy McKinley
Maraqlı daha bir yazı: NATO-nun reaktiv təyyarə sürən ilk qadını azərbaycanlı Ləman – O, niyə yüksək vəzifədən imtina etdi?
Tofiq
Qlobal.net