Mətanətin oğlu DANIŞDI: “Məqsədi arvadımı çəkib paylaşmaq idi”
“Uşaqları silah kimi istifadə edir. Ayıb olsun. Gözləyir ki, qapı açılsın, içəri basqın etsin”.
Qlobal.net xəbər
verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim
“İncə səhər” verilişinə müsahibəsində deyib.
O, bir neçə gündür ki, sosial medianı əsir alan videodan danışıb.
Kərim
bu məsələdə anasının adının çəkilməməsini istəyib: “Burada mənim anamın
adı hallanır. Bu, Mətanət İsgəndərlinin ailəsi deyil, anamın adı
hallandırılmasın. Buna bir xəbərdarlıq, iki xəbərdarlıq... Mən daha nə
edim, mənim heç vaxt polislik işim olmayıb, amma görürəm ki, belə
alınmır”.
Kərim oğlu ilə dalaşması xəbərinə də
münasibət bildirib: “Deyir ki, güya, mən həmin gün Tuncaya şiddət
göstərmişəm, vurmuşam, döymüşəm. Amma mənim şahidlərim var. Mənə böhtan
atır. 4 uşaq, yoldaşım, ev problemi, məktəb problemi, təhsil problemi,
mən çatdıra bilmirəm. Amma bunun anası nə edir? Bütün gün özünü reklam
edir. Utanmırsan ki, 14 yaşlı uşağı çəkib paylaşırsan? Mənim yoxluğumdan
istifadə edir. Mən evdən çıxan kimi gəlib bu hərəkəti edib. Onun
məqsədi arvadımı çəkib paylaşmaqdır".
Kərim
"Əvvəl özü gəlib, qapını döyüb, yoldaşımdan qapını açmasını tələb edib, o
da mənə dedi, dedim açma. Ondan sonra Tuncayı çağırıb, bu oyunu
çıxarıb”, - deyə əlavə edib.