Müğənni Mətanət Əsədova ad çəkmədən aparıcılardan birini tənqid edib.
Qlobal.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Tarixin bir günü" verilişində danışıb.
"Çağırmısan, bir sənətkar oturub orada. İki oxuyanı qoymusan ora. Deyirsən, bu yaxşı oxuyur, bu yox. Sən nə edirsən? Bu efiri nə edirsən? Bura güləş meydanıdır, bazardır? Geyimdən danışırlar, filankəs nə bilim nədir. Ayıbdır. Yığışdırın", - deyə, Əsədova bildirib.
Qeyd edək ki, müğənni ad çəkməsə də, söhbətin "Rəngarəng"verilişinin aparıcısı Zaur Nəbioğludan getdiyi məlumdur.