Ötən gün Əməkdar artist Mətanət İsgəndərlinin doğum gününü yeni gəlini ilə qeyd etməsi keçmiş gəlini Canananı özündən çıxarıb.
Qlbal.net musavat.com-a istinadən bildirir ki, Canana Əməkdar artistin yeni gəlini ilə birgə olan fotolarını paylaşaraq, qeyd edib:
"Bir onu bilin ki, Mətanət İsgəndərli oğlunu necə müdafiə edir. Necə ki, onun övladı, eləcə də mənim övladlarım mənim üçün qiymətlidir... Mən yalnız müvəqqəti olaraq nənəsi ilə qala bilər deyə barışığa imza atmışam, ögey ana ilə deyil. Mətanət İsgəndərli, bilin ki, mən balalarımı sizə verməyəcəm. Siz heç vaxt sözünüzün üstündə duran qadın deyilsiniz. Mənə etdiklərinizin hesabını Allah verəcək. Ana ilə balanın arasına girənin cəzası böyükdür!"
Xatırladaq ki, Əməkdar artistin oğlu Kərim bir müddət əvvəl
Canana adlı xanımdan boşanıb və onların bu evlilikdən 3 övladları var. Ali Məhkəmənin qərarına baxmayaraq, uşaqlar hələ də anaya verilməyib. Bu günlərdə səhhətində problem yaranan Canana Rusiyaya gedib və orada müalicə almağa başlayıb. O, mətbuata açıqlamasında sahibi olduğu gözəllik salonunun bağlandığını və avtomobilini satdığını deyib.