Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb.
Qlobal.net xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat yerləşdirilib.
Qeyd olunub ki, “Barselona” klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur.
Xatırladaq ki, Lionel Messi dekabrın 11-də Bakıya gəlib. (lent.az)