63ee51df25517202302235511
Messi ABŞ-a köçür, orada oynayacaq

Argentina millisinin hücumçusu Lionel Messi bu yay PSJ-ni tərk edə bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Messi Fransa klubu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir. Argentinalı futbolçu karyerasını “İnter Mayami”də davam etdirə bilər. Qeyd olunur ki, ulduz forvardın ailəsi ABŞ-a köçməyə hazırdır, mətbuatda yazılanlara görə, Messinin orada evi var.

Messi 2021-ci ilin yay transfer pəncərəsində “Barselona”dan PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır. Bu mövsüm hücumçu Fransa çempionatının 18 oyununda on qol vurub və on məhsuldar ötürmə edib.

16.02.2023 19:53
237