Siyasət

Məşhurlardan Rusiya telekanallarını boykot ÇAĞIRIŞI

Bir neçə azərbaycanlı məşhur Rusiyanın telekanallarını boykot edib.

Qlobal.net xəbər verir ki, müğənni-bəstəkar Murad Arif sosial media hesabında bunları yazıb:

“Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm! Çox hörmətli, Katv, Ailə TV, CityNet, B&B, Connect, Uninet, ATV+ və başqaları! Xalqımızı təhdid edən və alçaldan kanalları yayımlamayın! Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyəcanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”.

Daha sonra aparıcı-prodüser Tarix Əliyev instaqramda bunları yazıb:

“Azərbaycan ərazisində yayımlanan bütün KABEL tvlərə səslənirəm. Azərbaycanı söyən rus kanallarını yayımlamayın. Bu efirlər sırf azərbaycanlıların əsəbinə, qəzəbinə, həyacanına hesablanıb! Onlar bilməlidir ki, biz, əhali olaraq baxmırıq”!!

Related Articles

Bir cavab yazın

Back to top button